Bakı. Trend:
Azərbaycana və Prezident İlham Əliyevə bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.
Trend-in məlumatına görə, bu barədə Montenoqronun baş naziri Dritan Abazovic Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.
“Qoşulmama Hərəkatı dünyadakı ən böyük və əsas təşkilatlardan biridir”,-deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb. BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilata ünvanladığı məktubu oxuyarkən deyib.