...

Bu gün anladım ki, Azərbaycan üçtərəfli razılaşmaya əməl edir - İranın XİN rəhbəri

Siyasət Materials 5 İyul 2023 16:13 (UTC +04:00)
Bu gün anladım ki, Azərbaycan üçtərəfli razılaşmaya əməl edir - İranın XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə mən anladım ki, Azərbaycan üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı) əməl edir. Azərbaycanın kommunikasiya və transportun açılmasına qarşı blokada tətbiq etmək niyyəti yoxdur. Prezident İlham Əliyevlə görüşümüzdə də o bunu vurğuladı”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti