...

Xaçatryan kimi digər cinayətkarlar da Azərbaycan qanunları qarşısında cavab verəcəklər - Azər Qarayev

Siyasət Materials 31 İyul 2023 12:27 (UTC +04:00)
Xaçatryan kimi digər cinayətkarlar da Azərbaycan qanunları qarşısında cavab verəcəklər - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri olan Xaçatryan Vaqif Çerkezoviçin saxlanılması bütün hüquqi normalara uyğundur.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, polkovnik Azər Qarayev bildirib.

A.Qareyevin sözlərinə görə, Meşəli qətliamı ilə bağlı aparılan istintaq zamanı məlum olub ki, Xaçatryan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alıb.

"Törətdiyi cinayət əməllərinə görə Xaçatryan Vaqif Çerkezoviç beynəlxalq axtarışa verilib. Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Xaçatryanın Azərbaycan vətəndaşı olduğunu və qanlı cinayətlər törədilməsinə ciddi əsaslar olduğuna görə onun saxlanılması Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib.

A.Qarayev əlavə edib ki, Ermənistan tərəfinin məsələ ilə bağlı müxtəlif dezinformasiyalar yaymasının heç bir əhəmiyyəti olmayacaq.

"Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda yaşayan bütün millətlər qanun qarşısında bərbardir. Xaçatryan Vaqif Çerkezoviç də törətdiyi ağır cinayət əməllərinə görə qanun qarşısına cavab verməldir.

Vətən müharibəsi zamanı döyüş meydanında düşməndən qisasımızı aldıq. Diplomatik meydanda, siyasi arenada və informasiya məkanında isə mübarizə bu gün də davam edir", - deyə o, əlavə edib.

A.Qarayev qeyd edib ki, təkcə Xaçatryan deyil, hərbi cinayətkarların, Xocalı cəlladlarının hamısı Azərbaycan qanunları qarşısında cavab verməlidir.

“Beynəlxalq axtarışda olan hərbi cinayətkar Xaçatryanın saxlanılaraq istintaqa cəlb edilməsi onu deməyə əsas verir ki, digər cinayətkarlar da Azərbaycan qanunları qarşısında cavab verəcəklər", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti