...

Lavrov Ermənistan parlamentinin sədrini yalan danışmaqda ittiham edib

Siyasət Materials 10 Sentyabr 2023 13:31 (UTC +04:00)
Lavrov Ermənistan parlamentinin sədrini yalan danışmaqda ittiham edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan rəsmilərinin Rusiyanın Qarabağı Azərbaycana “təslim etməsi” ilə bağlı açıqlamaları reallığa uyğun gəlmir.

Trend-in bazar günü verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Delidə keçirdiyi mətbuat konfransında deyib.

"Bəzi xadim, mənim fikrimcə parlamentin rəhbəri, Qarabağı Rusiyanın Azərbaycana "verdiyini" söyləyib. Bundan daha səhv və vicdansız bəyanat təsəvvür etmək çətindir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

O qeyd edib ki, Qarabağın “təslim olmasında” Rusiyanı günahlandırmağa ehtiyac yoxdur və əlavə edib ki, Ermənistan hakimiyyəti öz xalqı qarşısında müstəqil cavab verməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan “erməni cəmiyyətinin “Rusiyanın Qarabağı təslim etdiyi” fikirlərini səsləndirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti