...

Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur – Avropa Şurası

Siyasət Materials 10 Sentyabr 2023 14:00 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.

Trend xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç "X" (Twitter) sosial şəbəkəsindəki hesabında yazıb.

“Humanitar vəziyyət və beynəlxalq normalara hörmət əsasdır. Avropa Şurası gərginliyi azaltmağa, dialoqa başlamağa və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır”, - deyə Baş katib qeyd edib.

Bundan əvvəl, Azərbaycan XİN beynəlxalq ictimaiyyəti qondarma “seçkiləri” qətiyyətlə pisləməyə çağırıb və qeyd edib ki, “qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı marionet rejimi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı addımlar atıb status-kvonu qoruyub saxlayıb işğalçılıq siyasətini davam etdirirlər, əslində sülh prosesində maraqlı deyillər, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti