...

Beynəlxalq Qızıl Xaç Komitəsi sanki Qarabağda taksi fəaliyyəti göstərir (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 11 Sentyabr 2023 18:45 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi sanki Qarabağda taksi fəaliyyəti göstərir (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi öz humanitar missiyasından kənara çıxaraq Qərb dairələrinin sifarişlərini yerinə yetirir. Ağdam-Xankəndi yolu ilə yüklərin bu günə qədər keçməməsi bunu bir daha sübuta yetirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidə yaşayan erməni əhali üçün apardığı yük 13 gündən çoxdur ki, gözləməkdədir. Bununla yanaşı, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Xankəndidə guya “humanitar böhran”ın olduğunu deyən bəzi dövlətlər, beynəlxalq təşkilatlar indi yüklərin Xankəndiyə çatdırılması üçün heç nə demir.

“Bu təşkilatlardan biri də Beynəlxalq Qızıl Xaç Komitəsidir. Bu onu göstərir ki, BQXK özü də Xankəndiyə yüklərin çatdırılmasında maraqlı deyil”, - deyə deputat bildirib.

O qeyd edib ki, Rusiya tərəfdən ərzaq gətirən təşkilata da təzyiqlər var.

“Əslində BQXK-nin vəzifəsi siyasi fəaliyyət deyil, başqa dövlətin tərəfini tutmaq deyil. Bu, beynəlxalq, bitərəf olan bir təşkilat olmalıdır, lakin təəssüflər olsun ki, bu təşkilat bir alətə çevrilib”, - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti