...

Okamponun anti-Azərbaycan məruzəsinin ifşası BMT-nin rəsmi sənədi kimi yayılıb

Siyasət Materials 13 Sentyabr 2023 09:01 (UTC +04:00)
Okamponun anti-Azərbaycan məruzəsinin ifşası BMT-nin rəsmi sənədi kimi yayılıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı vəkil Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun anti-Azərbaycan məruzəsini ifşa edən hesabatı BMT-nin rəsmi sənədi kimi yayılıb.

Trend-in məlumatına görə, hesabatda deyilir ki, Okamponun rəyi hüquqi nöqteyi-nəzərdən kökündən səhvdir, belə ki, hərtərəfli, müstəqil və qərəzsiz ekspert rəyini əks etdirmir, mövcud faktiki və hüquqi kontekstə dair açıq-aşkar natamam hesabatdır, mövcud sübutların rasional təhlilinə imkan vermir və Ermənistanla Azərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir.

Dikson belə nəticəyə gəlir ki, hazırda Qarabağın erməni sakinlərinin guya "soyqırımı"nın baş verdiyinə dair iddialar heç bir sübuta əsaslanmayıb və beynəlxalq ictimaiyyət bunu və onun ehtimal etdiyi nəticələri qəbul etməməlidir.

O qeyd edir ki, uydurma "soyqırımı" ittihamları qanunsuz əməllər olmaqla, beynəlxalq hüquqa əsasən məsuliyyət yaradır.

Xatırladaq ki, avqustun 7-də Luis Moreno Okampo Azərbayccanın Qarabağ bölgəsində guya "soyqırımı" baş verdiyini iddia edən "hüquqi rəy" dərc edib. Ona bunu etməyi Qarabağdakı separatçı rejim tapşırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti