...

Paşinyan hakimiyyətdə qalmaq üçün Qarabağda yeni gərginlik yaratmağa çalışır

Siyasət Materials 19 Sentyabr 2023 12:11 (UTC +04:00)
Paşinyan hakimiyyətdə qalmaq üçün Qarabağda yeni gərginlik yaratmağa çalışır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşən 6 Azərbaycan vətandaşı həlak olub, onlardan iki nəfər Avtomobil Yolları Dövlət Agentliyi, 4 nəfər isə Daxili İşlər Nazirliyinin əməkdaşları olublar.

Həmin minalar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilib.

Ermənistan və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının həyata keçirdiyi terrror aktları nəticəsində İkinci Qarabağ müharibəsindən sonra onlarla Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub.

Azərbaycan dəfələrlə Qarabağda silahlı qurupların qalmasının təhlükəsizliyə ciddi təhdid olduğunu bütün beynəlxalq təşkilatlarda, aparılan müzakirələrdə bəyan edib. Bu gün də bu fakt özünü növbəti dəfə təsdiqləyir.

Bu gecə baş verən təxribat əvvəlcədən planlaşdırılmış, gərginlik yaratmaq məqsədilə törədilib. Ermənistan hakimiyyəti bu yolla öz iqtidarının ömrünü uzatmağa çalışır. Belə ki, son vaxtlar Paşinyan hakimiyyəti xalq arasında ciddi nüfuz itirib.

Bu özünü İrəvanda keçirilən ağsaqqalar şurasına seçkilərdə də göstərdi. Paşinyanın bu seçkilərə böyük ümidlər bəsləyirdi, çünki bu seçkilər növbəti parlament seçkiləri üçün kifayət qədər sanballı göstəricidir. Paşinyan seçkidə uğursuz olduğunu gördü və gələcək seçkilərdə hakimiyyətini qoruyub saxlamaq üçün müxtəlif həll yolları axtarmağa başlayıb.

Qarabağda gərginliyin yaradılması da Paşinyan rejiminin tapdığı "həll yolları"ndan biridir. Bu yolla onlar Ermənistan cəmiyyətində itirdikləri nüfuzlarını bərpa etməyi düşünürlər. Son dönəmlər Ermənistan Baş nazirinin Azərbaycanla bağlı ritorikasını dəyişməkdə məqsədi də bu idi.

Nəticə olaraq isə, baş verən təxribatlar, terror aktı növbəti dəfə gösətərir ki, Qarabağda qalan qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirilməlidir. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Bu terror hadisələrinin fonunda əgər beynəlxalq təşkilatlar, bəzi xarici dövlətlər hələ də Ermənistanı dəstəkləyirlərsə və onlara heç bir təzyiq etmirlərsə, Azərbaycan özü bu prosesi başlatmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti