Bakı. Trend:
Azərbaycan xalqı Qarabağda etnik təmizləməyə məruz qalıb.
Trend çərşənbə günü xəbər verir ki, bunu İsrailin aparıcı xadimi və antisemitizmlə mübarizə üzrə hüquq müdafiəçisi Hananya Naftali özünün "X" (Tvitter) sosial şəbəkə hesabında yazıb.
"KİV sizə birtərəfli məlumat verə bilər, lakin Azərbaycan terrorizmlə mübarizə aparır, insanlarla yox. Özünüzə sual verin, niyə 1989-cu ildə Qarabağda azərbaycanlı əhali 23 faizə yaxın idi, bu gün isə 5 faizdən azdır", - o deyib.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə və Ermənistan silahlı qüvvələrinin qalıqlarına yönəlmiş lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Nəticədə 24 saatdan az müddətdə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin 90-dan yuxarı döyüş mövqeyini nəzarətə götürməyə nail oldu. Eyni zamanda Ermənistan silahlı qüvvələrinə tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) qənimət olaraq ələ keçirilib.
Beləliklə, 2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlərlə antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.
(Tərcümə: Rəna Əbdürəhmanova)