Bakı. Trend:
Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.