...

Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, dünyaya təhdid yaradırdı - Ramil Usubov

Siyasət Materials 10 Oktyabr 2023 11:23 (UTC +04:00)
Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, dünyaya təhdid yaradırdı - Ramil Usubov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, miqyasca Qafqaz bölgəsini də aşan öz cinayətkar əməlləri ilə bütünlüklə dünyaya təhdid yaradırdı.

Trend xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

"Tam əminliklə demək olar ki, Azərbaycan Qarabağdakı cinayətkar rejimi məhv etməklə qlobal təhlükəsizlik sisteminə çox mühüm töhfə verib", - deyə o, bildirib.

R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla başa çatması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi təhlükəsizlik strategiyası başlıca hədəfinə çatdı və mühüm mərhələsini yekunlaşdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti