...

Şavkat Mirziyoyev MDB-nin fəxri nişanı ilə təltif edilib

Siyasət Materials 13 Oktyabr 2023 14:36 (UTC +04:00)
Şavkat Mirziyoyev MDB-nin fəxri nişanı ilə təltif edilib

Bişkek. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin inkişafındakı xidmətlərinə görə Müstəqil Dövlətlər Birliyinin (MDB) fəxri nişanı ilə təltif edilib.

Trend xəbər verir ki, Mükafatlandırma mərasimi MDB dövlət başçılarının Bişkek görüşündən sonra baş tutub.

Şavkat Mirziyoyev qeyd edib ki, son bir neçə ildə Özbəkistan artıq MDB ölkələrinin 24 sənaye istiqamətini qəbul edib və ümumilikdə ölkədə 65 istiqamət artıq həyata keçirilir.

“2020-ci ildə MDB tarixində ilk dəfə olaraq biz sədr olduq, buna görə Sadır Nurqojoyeviç Japarova, Sergey Nikolayeviç Lebedevə və bugünkü iclasda iştirak edən bütün həmkarlarıma təşəkkür edirəm. Özbəkistan MDB-nin qəbul etdiyi bütün qərarları və təşəbbüsləri yerinə yetirməyə və təşviq etməyə çalışacaq”.

Xatırladaq ki, bu gün Qırğızıstanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının dar və geniş tərkibdə iclasları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti