...

Diplomatik korpus nümayəndələri Füzulidə səfərdədir

Siyasət Materials 17 Oktyabr 2023 11:18 (UTC +04:00)
Diplomatik korpus nümayəndələri Füzulidə səfərdədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda akreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli şəhər günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib.

Trend xəbər verir ki, səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfır iştirak edir. Diplomatik korpus nümayəndələri şəhər günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edəcəklər.

Eyni zamanda, işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar. Qonaqların Şəhər günü ilə əlaqədar konsert proqramında iştirakı da planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti