...

İstanbulda Qərbi Azərbaycanın tarixi həqiqətləri ilə bağlı konfrans keçiriləcək

Siyasət Materials 21 Oktyabr 2023 11:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçiriləcək.

Trend xəbər verir ki, Milli Məclisin deputatları Əziz Ələkbərov və Hikmət Məmmədov konfransda iştirak etmək üçün oktyabrın 23-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Tədbir Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu və Altınbaş Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransda Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov mövzuya dair məruzə ilə çıxış edəcək. Millət vəkili Azərbaycan həqiqətləri barədə tədbir iştirakçılarına məlumat verəcək.

Səfər oktyabrın 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti