...

Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf perspektivlərinə zərər yetirir - Elçin Əmirbəyov

Siyasət Materials 24 Oktyabr 2023 16:09 (UTC +04:00)
Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf perspektivlərinə zərər yetirir - Elçin Əmirbəyov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf perspektivlərinə zərər yetirir.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu "BBC" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Fransa BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ), Avropa Parlamenti və Beynəlxalq Frankofoniya Təşkilatı kimi bir sıra beynəlxalq platformalarda aparıcı rolundan sui-istifadə edərək son zamanlarda daxili gündəmindən irəli gələn olduqca qərəzli anti-Azərbaycan təşəbbüsləri irəli sürür. Fransa təkcə öz nüfuzunu və Aİ-nin nüfuzuna xələl gətirmir, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf perspektivlərinə zərər yetirir və Cənubi Qafqazda təhlükəsizliyi zəiflədir. Fikrimcə, həm Ermənistan, həm də Azərbaycan bu qarşıdurmadan yorulub və indi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra sülh gündəmini irəli sürmək və şərait imkan verərsə, həmçinin xarici amillər və oyunçular bizi bundan yayındırmazsa, ola bilsin ki, ilin sonunadək sülh sazişi layihəsi üzrə danışıqları yekunlaşdırmaq üçün böyük şans yaranıb", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti