Bakı. Trend:
Toponimlər hər bir xalqın milli kimliyidir. Məhz buna görə də ermənilər ərazilərimizi işğal edib, xalqımızı deportasiyaya məruz qoyanda ilk əvvəl toponimlərin adını dəyişib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu baxımdan sözügedən məsələ ilə əlaqədar qarşımızda bir çox məqamlar dayanıb ki, onları həll etməliyik.
“Tarixi toponimlərimizin bərpası ilə bağlı bir sıra tədbirlər var və bunları həyata keçirəcəyik”, - deyə o qeyd edib.