...

Azərbaycan və Gürcüstan regional layihələrin reallaşdırılmasında birgə iştirak edir - Fərid Şəfiyev

Siyasət Materials 4 Noyabr 2023 14:27 (UTC +04:00)
Azərbaycan və Gürcüstan regional layihələrin reallaşdırılmasında birgə iştirak edir - Fərid Şəfiyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan regional layihələrin reallaşdırılmasında, həmçinin bir-birinin mövqeyini daimi əsasda dəstəkləməkdə birgə iştirak edir.

Trend şənbə günü xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Gürcüstanın üçtərəfli (Azərbaycan, Gürcüstan və Ermənistan) platformalarda iştirakı regionda xüsusi rol oynamaqla geniş spektrə malik aktual məsələləri əhatə edir.

Fərid Şəfiyev Gürcüstanın yeni geosiyası reallıqlarda fəal iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, Gürcüstan-Azərbaycan əməkdaşlığı o cümlədən iqtisadiyyat, nəqliyyat və energetika sahələrində inkişaf etməyə davam edir. Hər iki ölkə nəqliyyat və infrastruktur layihələrin icrasında fəal əməkdaşlıq edir və Cənubi Qafqaz regionunun sabitliyi və təhlükəsizliyinin təmin olunması üçün birgə fəaliyyət göstərir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti