...

Bu proses Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mühüm rol oynayır - Rusiya XİN

Siyasət Materials 9 Noyabr 2023 15:18 (UTC +04:00)
Bu proses Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mühüm rol oynayır - Rusiya XİN
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun 12 iclası keçirilib.

Trend-in verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.

"Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması ilə məşğuldur. Qətiyyətlə inanırıq ki, bu proses Bakı ilə Ermənistan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır. İrəvan, bütün Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına, stabilləşməsinə töhfə verir. Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra bu üçtərəfli işçi qrupunu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün çox böyük işlər görülüb”, - deyə o bildirib.

Onun sözlərinə görə, biz bütün tərəflər üçün faydalı olacaq paket həllinə yaxınlaşa bildik.

“Təəssüf ki, biz hələ də bu məsələlərə son qoya bilməmişik. Əvvəlki kimi, biz regional kommunikasiyaların bloklanması proseslərinə, o cümlədən ən yüksək səviyyədə üçtərəfli bəyanatlar əsasında bütün lazımi yardımı göstərməyə hazırıq”, - deyə Zaxarova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti