...

Avropa İttifaqı xroniki riyakarlıq nümayiş etdirir - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 14 Noyabr 2023 12:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı, Trend:

Avropa İttifaqı bir çox məsələlərdə olduğu kimi, İsrail-Fələstin münaqişəsinə də ikili standartlarla yanaşır.

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu BAKU TV-ə açıqlamasında deyib.

“İsrail-Fələstin münaqişəsinin ilk günlərindən Qərb dövlətləri, xüsusilə Fransa İsrailə dəstək nümayiş etdirdi. Digər tərəfdən, zamanında Ukraynada baş verən münaqişələr zamanı Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa İttifaqı bunu İsrailə qarşı tətbiq edə bilmir. Bu da ondan irəli gəlir ki, İsrailin lobbiçilik fəaliyyəti Moskvanın lobbiçilik fəaliyyəti ilə eyni deyil”, - deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, bu baxımdan, Aİ-nin İsrailə qarşı sanksiya tətbiq etməsi mümkün deyil.

“Bu da öz növbəsində bir daha sübut edir ki, Aİ hər zaman olduğu kimi, bu dəfə də ikili standartlarla çıxış edərək ikiüzlülük nümayiş etdirir”, - deyə R.Hafizoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti