...

Türkiyə hərbçilərinin Azərbaycandakı fəaliyyət müddətinin uzadılması barədə qanun qüvvəyə minib

Siyasət Materials 17 Noyabr 2023 05:31 (UTC +04:00)
Türkiyə hərbçilərinin Azərbaycandakı fəaliyyət müddətinin uzadılması barədə qanun qüvvəyə minib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandat müddətinin bir il uzadılması haqqında prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib.

Trend xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.

Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti