...

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

Siyasət Materials 27 Noyabr 2023 17:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik.

Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

O qeyd edib ki, hərbi təlim Türkiyədə baş tutacaq.

“Bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanıram”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Görüşdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti