...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Skopyedə görüşü planlaşdırılmır

Siyasət Materials 30 Noyabr 2023 13:52 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Skopyedə görüşü planlaşdırılmır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində görüşü planlaşdırılmır.

Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin Skopye şəhərində ATƏT-in Nazirlər Forumu çərçivəsində görüşü planlaşdırılmır", - Ermənistan XİN qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə edəcək.

Məlumata görə, baş nazir müavinlərinin görüşü Qazax-İcəvan sərhəddində keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti