Bakı. Trend:
Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə Trend-ə MSK-dan bildirilib.
İclasda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.