Bakı. Trend:
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində maarifləndirmə tədbirləri təşkil ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məsələ müzakirə çıxarılıb.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, dairə seçki komissiyalarının iştirakı ilə müşavirə keçiriləcək, televiziya və radio kanalları ilə əməkdaşlıq ediləcək və seçicilərin maarifləndirilməsi işləri aparılacaq.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.