...

Fransa uzun müddətdir Azərbaycana qarşı məkrli siyasətini davam etdirir - Deputat

Siyasət Materials 23 Dekabr 2023 14:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın casus şəbəkəsinin ifşası onu göstərir ki, uzun müddətdir bu ölkə bizə qarşı məkrli siyasətini davam etdirib. Əlbəttə bu böyük bir cinayətdir. Fransa kimi bir dövlətin Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması bir daha bütün dünyaya əyani şəkildə onu göstərir ki, bu cür dövlətlər üçün beynəlxalq hüququn heç bir əhəmiyyəti yoxdur.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, uzun illər bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri olaraq guya Qarabağ məsələsinin həllinə çalışırdı.

“Biz bütün dünyaya sübut etməyə çalışanda ki, bu həmsədrlərin özləri ikili standartlarla hərəkət edir sanki heç kim inanmaq istəmirdi. Görünür, Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui-istifadə edərək ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışır, təxribat planları həyata keçirir. Əlbəttə bu cinayətkar addımları Fransa yalnız Azərbaycana qarşı yox, digər dövlətlərə də tətbiq edir.

Biz yenə də Azərbaycan olaraq Fransanın bir daha əsl üzünü dünyaya göstərmiş olduq. Burada Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rolu və peşəkarlığını da mütləq qeyd etməliyik. Çünki Fransa Xüsusi Xidmət Orqanları son 50 ildə belə biabırçı iflasa uğramamışdılar. Fransa prezidenti Makronun bu cür əməlləri bu dövləti artıq uçuruma aparır”,- deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Fransa xarici siyasətdə demək olar iflasa uğrayıb.

“Afrikadan tutmuş Cənubi Qafqaza qədər Fransa atdığı addımlarla anti Fransa əhval ruhiyyəsi yaradıb. Bunun da əsasında Makronun yürütdüyü düşünülməmiş, yanlış siyasət dayanır. Makron bu addımla bir daha Fransanın dünyada mənafelərinə çox ciddi zərbə vurdu. Biz isə bütün dünyaya sübut etdik ki, Azərbaycan güclü bir dövlətdir. Artıq heç bir qüvvə bizim daxili işlərimizə qarışaraq nələrəsə müdaxilə etmək iqtidarında deyil”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti