Bakı. Trend:
Azərbaycan Ermənistandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“1 aylıq müddət daxilində Azərbaycan öz təkliflər paketini hazırladı və təqdim etdi.
Noyabr ayında sülh sazişi ilə bağlı Ermənistan tərəfindən təkliflər paketi alınıb. Ondan əvvəl isə biz, Ermənistana bir ay müddətində öz təkliflər paketimizi hazırlayaraq göndərmişdik.
Bildiyiniz kimi, bu proses 2022-ci ilin oktyabrından başlayıb və fiziki görüşlər də bu prosesin bir hissəsidir. Lakin son zamanlar fiziki görüşlərdə bəlli durğunluq oldu.
Ümid edirik ki, 2024-cü ildə bu görüşlərin keçirilməsinin şahidi olacağıq. Vaxt itkisi olmaması üçün də bu təkliflər paketinin və proses üzərində işləyəcəyik”,- deyə nazir bildirib.