...

Azərbaycanla Ermənistan arasında yeni razılıq əldə olunub -Mirzoyan

Siyasət Materials 23 Yanvar 2024 16:16 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclasının keçirilməsi barədə razılıq əldə olunub.

Trend erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhəddində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.

Dekabrın 14-də isə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti" təsdiq edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti