...

Seçki üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Siyasət Materials 24 Yanvar 2024 12:30 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:
Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 400 nəfərə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə ümumilikdə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Beynəlxalq müşahidəçilərin sayının 400 nəfərə yaxın olduğunu deyən M.Pənahov qeyd edib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.

Xəbər lenti

Xəbər lenti