...

Qazaxıstandan olan müşahidə missiyası Qarabağda seçkiləri müşahidə edəcək

Siyasət Materials 5 Fevral 2024 15:41 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Secki-2024.az-a istinadən xəbər verir ki, Məzahir Pənahov qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

MSK-nın sədri Məzahir Pənahov ölkədə seçki prosesinə hazırlıq barədə məlumat verib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov çıxışında prezident seçkilərinin böyük məsuliyyət olduğunu qeyd edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığa, dostluğa böyük önəm verdiyini diqqətə çatdırıb. Qazaxıstanlı qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçkiləri müşahidə edəcəklərini deyib.

Seçkilərin uğurla və şəffaf keçiriləcəyini arzuladıqlarını deyən N.Abdirov hər şeyin yüksək səviyyədə olacağına inandığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti