...

Bakıtcan Saqintayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 14 Fevral 2024 17:53 (UTC +04:00)
Bakıtcan Saqintayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizə yüksək etimadını və ölkənin sosial-iqtisadi inkişafı üzrə həyata keçirdiyiniz siyasətə tam dəstəyini təsdiq etdi.

Bu gün dövlət başçısı vəzifəsində Sizə haqlı olaraq milli lider mövqeyi qazandıran çoxillik məhsuldar fəaliyyətiniz sayəsində Azərbaycan müstəqil, müasir, güclü dövlətdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycana sülh və tərəqqi diləyirəm".

Xəbər lenti

Xəbər lenti