...

Azərbaycan ordusunda inqilabi dəyişikliklər həyata keçirilməkdədir - Hərbi ekspert

Siyasət Materials 20 Fevral 2024 12:38 (UTC +04:00)
Azərbaycan ordusunda inqilabi dəyişikliklər həyata keçirilməkdədir - Hərbi ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi dönəmində cənab Ali Baş Komandanın Azərbaycan ordusunun türk ordu modelinə keçilməsi ilə bağlı konkret tapşırığına uyğun olaraq, Azərbaycan ordusunda yeni komando birliklərinin yaradılması və onların yeni müasir silah-sursat, texnika ilə təchiz edilməsi çox uğurla həyata keçirildi. Xüsusilə qeyd etməliyik ki məhz həmin birliklərin şəxsi heyətinin döyüş hazırlıqlarının artırılması məqsədilə yeni təlim və tədris mərkəzləri yaradıldı.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, həmin təlim-tədris mərkəzlərində şəxsi heyətin döyüş hazırlığının məhz Türkiyə ordusunda tətbiq edilən taktikaya uyğun olaraq aparılması döyüş meydanında bir daha öz sözünü dedi.

"Xüsusi vurğulamalıyıq ki, məhz komanda birliklərinin döyüş hazırlığının, təlimlərinin müxtəlif çətin relyefli şəraitdə, müxtəlif fəsillərdə aparılması ordumuzun daha da peşəkarlaşmasına, döyüş hazırlığının yüksəldilməsinə xidmət edirdi".

Ekspert qeyd edib ki, biz bunu açıq-aydın döyüş meydanında müşahidə etdik.

"Əldə edilmiş uğurlara baxmayaraq, Azərbaycan ordusunun türk modelinə tam olaraq keçirilməsi məqsədilə bir çox inqilabi dəyişikliklər həyata keçirilməkdədir. Burada xüsusilə Azərbaycanın hərbi təhsil sisteminin tamamilə türk modelinə uyğunlaşdırılmasını qeyd etmək olar. Məhz cari ildən hərbi təhsil müəssisələrində bunu açıq-aydın görəcəyik.

Əlbəttə, müasir dövrün tələblərinə uyğun olaraq, özünü döyüş meydanında təsdiq etmiş taktikanın, döyüş hazırlığının, şəxsiyyətin peşəkarlığı ilə yanaşı, müasir müharibənin tələblərinə uyğun olaraq yeni texnologiyaların tətbiqi məhz elə başda pilotsuz uçuş aparatları olmaqla və müxtəlif qoşun növlərinin birgə koordinasıyalı şəkildə qarşıya qoyulmuş döyüş tapşırığının yerinə yetirilməsində çox effektiv şəkildə fəaliyyətini müşahidə etdik.

Əlbəttə, dünyada ən ön sıralarda olan Türkiyə ordu modelinin məhz Azərbaycan ordusuna tətbiq edilməsi, cənab Ali Baş Komandanın bununla bağlı verdiyi tapşırıq Azərbaycan ordusunun gələcəkdə dinamik inkişafının təmin edilməsi məqsədi daşıyır. Biz bu uğurlarıda görməkdəyik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti