...

Xocalı qətliamı beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan xalqının soyqırımıdır - İqor Korotçenko

Siyasət Materials 26 Fevral 2024 16:04 (UTC +04:00)
Xocalı qətliamı beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan xalqının soyqırımıdır - İqor Korotçenko
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı soyqırımında təqsirkar olanlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

Trend xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq özünün "Telegram" kanalındakı paylaşımında qeyd edib.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinin qətliamı beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan xalqının soyqırımıdır", - Korotçenko yazıb.

Ekspert qeyd edib ki, erməni hərbçilərinin amansız divanı nəticəsində aralarında qadınlar, yaşlılar və uşaqların da olduğu 613 azərbaycanlı qətlə yetirilib.

"Xocalı soyqırımında təqsiri olan hərbi cinayətkarlar cinayət məsuliyyətinə cəlb edilməli və tarixi ədalət bərpa olunmalıdır", - deyə ekspert sonda yazıb.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xəbər lenti

Xəbər lenti