...

Ərdoğanla Zelenski regional və qlobal məsələləri müzakirə ediblər

Siyasət Materials 8 Mart 2024 21:43 (UTC +04:00)

Bakı. Trend:

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Trend xəbər verir ki, görüş Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutub.

Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələr keçirilib.

Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti