...

Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib

Siyasət Materials 8 Mart 2024 23:01 (UTC +04:00)
Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib

Bakı. Trend:

Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkiləri Prezident Rəcəb Tayyib Ərdoğan üçün yekun olacaq.

Trend xəbər verir ki, bu barədə Ərdoğan özü məlumat verib.

“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəlib. O, 52,18 faiz, rəqibi Kəmal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib. Nəticədə Ərdoğan ölkəni 5 il idarə etmək hüququ əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti