...

Niderland Qırmızı dənizə hərbi gəmi göndərəcək

Siyasət Materials 9 Mart 2024 01:05 (UTC +04:00)

Bakı. Trend:

Niderland Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün missiyaya qoşulacaq və ora freqat göndərəcək.

Trend xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında məlumat verilir.

Söhbət Niderland Hərbi Dəniz Qüvvələrinin “Zr. Ms. Tromp” freqatından gedir.

Qeyd olunub ki, hava hücumundan müdafiə freqatı gəmilərin dənizdə təhlükəsizliyini və sərbəst keçidini təmin etməyə kömək etməlidir.

Xəbər lenti

Xəbər lenti