Bakı. Trend:
Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına dair sosial
şəbəkələrdə məlumat yayılıb.
Görüntülərdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif
istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və
hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli
texnikasının intensiv cəmləşməsi müşahidə edilib.
Məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistanın son davranışları məkirli niyyətlərindən xəbər verir.
"Ermənistanın müdafiə naziri açıqlama verib ki, bu təlim xarakterli yürüşdür. Lakin, bu, absurd açıqlamadır. Hərbçiləri yürüş keçirirsə, bunu niyə Azərbaycanla şərti həmsərhəd bölgədə edir?", - o deyib.
Geniş videomüsahibəni təqdim edirik: