...

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır - Səfirlik

Siyasət Materials 4 Aprel 2024 12:10 (UTC +04:00)
Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır - Səfirlik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

"İki ölkənin münasibətlərinin təməlində bərabərhüquqluluq və mehriban qonşuluq prinsipləri, əsrlik dostluq və qarşılıqlı hörmət ənənələri dayanır. Dövlətlər arasında qarşılıqlı fəaliyyətin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə imkan yaradır. Əməkdaşlığın təməlini 200-dən çox dövlətlərarası, hökumətlərarası, idarələrarası və regionlararası müqavilə və sazişlər təşkil edir. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlik Bəyannaməsi ikitərəfli münasibərləri yeni səviyyəyə çıxarıb", - bəyanatda deyilir.

Qeyd olunub ki, yüksək səviyyədə, xarici siyasət idarələrinin xəttilə, mühüm idarələrin rəhbərləri səviyəsində, eləcə də parlament xəttilə siyasi dialoq aktiv inkişaf edir.

"Ticari-iqtisadi əməkdaşlıq uğurla irəliləyir. 2023-cü il ərzində ikitərəfli əmtəə dövriyyəsi 17,5 faiz artıb. Rusiya Azərbaycanəın aparıc ticari-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Azərbaycan Respublikasının ərazisində Rusiyanın iştirakı ilə müxtəlif investisiya layihələri reallaşdırılır. Sahibkar birlikləri arasında, o cümlədən kiçik və orta biznes xəttilə təmaslar genişləndirilir. İkitərəfli əlaqələrin mühüm elementini İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təşkil edir. Regionlararası əlaqələr ikitərəfli münasibətlərin prioritet tərkib hissəsidir. Bu istiqamətdə Moskva, Sankt-Peterburq, Astraxan, Dağıstan və Tatarıstan xüsusən aktivdir. Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişafında qarşılıqlı maraq müşahidə olunur", - bəyanatda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti