...

Ermənipərəst fransız siyasətçi öz vəzifəsindən sui-istifadə edir

Siyasət Materials 22 Aprel 2024 15:48 (UTC +04:00)
Ermənipərəst fransız siyasətçi öz vəzifəsindən sui-istifadə edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Overn-Ron-Alp bölgəsinin müxalif siyasətçiləri L.Vokyedən Yaponiyaya gizli səfərinin maliyyəsi ilə bağlı şəffaflıq tələb edir.

Trend xəbər verir ki, ermənipərəst fransız siyasətçi L.Vokye hələ 2022-ci ildə dəbdəbəli və çox baha başa gələn şam yeməyinə görə tənqid edilmişdi.

O, iki il öncə dövlət vəsaiti hesabına təşkil etdiyi bu şam yeməyinə görə hətta məhkəməyə də verilib. Həmin məhkəmə işi getdiyi bir vaxtda L.Vokye yenidən Yaponiyaya gizli səfəri ilə bağlı gündəmə gəlib. Bildirilir ki, o, mart ayında Yaponiyaya səfəri çərçivəsində Tokioda “Michelin” restoranda 150 nəfərlik çox dəbdəbəli şam yeməyi təşkil edib. Bu, dövlət vəsaitlərinin israf edilməsinin növbəti nümunəsi kimi qiymətləndirilib, məmurların həyat tərzi və onların maddi məsuliyyəti ilə bağlı tənqidlərə yenidən təkan verib.

L.Vokyenin Yaponiyaya səfərinin məqsədi və təşkilatının şəffaflığı çoxsaylı suallar doğurub. Xüsusilə gizli səfərin necə maliyyələşdirilməsi ilə bağlı suallar açıq qalıb. Bu barədə aydın məlumatların olmaması şəffaflıq və dövlət xərclərinin yoxlanması çağırışlarını gücləndirib.

Dövlət vəsaitlərinin idarə olunmasında seçkili məmurların məsuliyyəti və onların fəaliyyətinə nəzarətin artırılmasının zəruriliyi müzakirə obyektinə çevrilib. Bu sahədə şəffaflıq və hesabatlılığın təmin edilməsinin vacibliyi vurğulanıb.

Sosialistlər, demokratlar və ekolojistlər qrupu həmin səfərlərlə bağlı şəffaflığın təmin olunmasını tələb edir, müvafiq audit aparılacağına ümid bəsləyirlər. Digər siyasi partiyaların üzvləri hesab edirlər ki, L.Vokye öz vəzifəsindən və dövlət vəsaitindən sui-istifadə edərək, 2027-ci il prezident seçkilərinə namizədliyi üçün vəsait toplayır.

Xəbər lenti

Xəbər lenti