...

Delimitasiya prosesinin başlanması Azərbaycanın böyük uğurudur (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 24 Aprel 2024 17:08 (UTC +04:00)
Delimitasiya prosesinin başlanması Azərbaycanın böyük uğurudur (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, iki ölkə arasında əldə edilən razılaşma tarixi hadisədir.

Onun sözlərinə görə, bu, faktiki olaraq delimitasiya prosesinin başlanması və ortaq rəyin formalaşmasıdır.

"Delimitasiya prosesi uzunmüddətli prosesdir və dövlət sərhədinin müəyyən hissəsi razılaşdırıldıqdan sonra artıq demarkasiya prosesi həyata keçirilib. Bu da zaman alan prosesdir. Lakin biz indiki şəraitdə intensiv bir prosesin həyata keçirildiyinin şahidi oluruq.

Ekspert qruplarının daimi təmasda olması və işçi qruplarının fəaliyyəti də delimitasiya prosesinin sürətli şəkildə həyata keçirilməsi üçün vacib faktorlardan biridir ki, hazırda bunu müşahidə etmək mümkündür. Prosesin Tavuş-Qazax istiqamətindən başlaması xüsusi önəm daşıyır", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti