...

Azərbaycanla NATO arasında görüş keçirilib

Siyasət Materials 24 May 2024 16:17 (UTC +04:00)
Azərbaycanla NATO arasında görüş keçirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin nümayəndələri JFCBS, SHAPE və NATO-nun Beynəlxalq Hərbi Qərargahından olan həmkarları ilə görüşüblər.

Trend-in məlumatına görə, bu barədə JFCBS-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, görüşdə ötən illərin hərbi əməkdaşlığının praktiki aspektlərini qiymətləndirmək və gələcək üçün planlar hazırlamaq üçün müzakirələr aparılıb.

Bu kimi tərəfdaşlıqlar NATO-nun işi üçün vacibdir və iki tərəfdaş arasında dialoq və hərbi əməkdaşlıq davam edəcək.

Xəbər lenti

Xəbər lenti