...

Macarıstan və Azərbaycan iqtisadi əməkdaşlığı yüksək səviyyədədir - Nazir

Siyasət Materials 5 İyun 2024 13:28 (UTC +04:00)
Macarıstan və Azərbaycan iqtisadi əməkdaşlığı yüksək səviyyədədir - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Azərbaycan qazı alıcıları siyahısındadır.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Macarıstan və Azərbaycan iqtisadi əməkdaşlığı yüksək səviyyədədir.

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsində artım var, amma bunun daha da artırılması üçün potensial var", - o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çıxması ilə bağlı dərhal Macarıstanla bu istiqamətdə danışıqlar başlanıldı.

"Sevindirici haldır ki, Azərbaycan qazı artıq Macarıstana da çatır. Macarıstanın enerji şirkəti olan MOL Azərbaycanın ən böyük qaz layihəsi olan "Şahdəniz" yatağında iştirakçı qismində olacaq. Eyni zamanda biz Macarıstanla birlikdə "Həmrəylik Halqası" deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti