Bakı. Trend:
Azərbaycan və Ermənistanın sülh üçün atdığı addımlara sevinirik.
Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu regionda sülh bərpa edilməlidir.
“Biz istəmirik ki, Avropa İttifaqı sönən oda yenidən yağ töksün. Onlar Ermənistana minatəmizləmə üçün məbləğ ayırırsa, eyni məbləği Azərbaycan üçün də ayırmalıdır.
Azərbaycan və Ermənistan daha ciddi addımlar atıblar. Regionda sülh və sabitliyin bərqərar olmasını arzu edirik, hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Macarıstan Avropa İttifaqında sədrliyi dövründə bu regionda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək”, - nazir əlavə edib.