...

Minskdən Paşinyana CAVAB: Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik

Siyasət Materials 13 İyun 2024 15:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın impulsiv açıqlamalarını sakitliklə qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Belarus Respublikası Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır, qarşılıqlılıq prinsipinə əsaslanaraq, öz tərəfdaşları və müttəfiqlərindən də bənzər yanaşmalar gözləyir.

"Eyni zamanda, tərəfdaş və müttəfiq seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya, yaxud” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik", - deyə Şpakovski qeyd edib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Lukaşenkonun Azərbaycanla bağlı bəyanatlarına görə o Belarusa rəhbərlik etdiyi müddətcə səfər etməyəcək.

"Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətcə nə mən, nə də başqa bir başqa dövlət rəsmisi Belarusa səfər etməyəcək", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti