...

TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir - Qırğız diplomat

Siyasət Materials 15 İyun 2024 15:05 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı (TDT) tamhüquqlu regional beynəlxalq təşkilat kimi yer tutub və dünya siyasətində tanınan amilə çevrilib.

Trend xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” adlı ikinci panel sessiyada səsləndirib.

Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbrik edən qonaq deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəsinin dövlətçilik tarixində müstəsna xidmətləri var. Xalqın gücü müdrik liderin rəhbərliyi altında onun birliyindədir. TDT-nin də gücü onu təşkil edən dövlətlərin birliyindədir”.

Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Düşünürəm ki, tədbir iyulun 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”.

Xəbər lenti

Xəbər lenti