...

Erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəza müəyyən edilir

Siyasət Materials 28 İyun 2024 12:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəza müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 176-1-ci maddəsinin (Qadını nikaha daxil olmağa məcbur etmə) adı dəyişdirilərək “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” edilir.

Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti