...

Şuşada keçirilən "Qlobal Media Forumu" öz işini başa çatdırıb

Siyasət Materials 22 İyul 2024 14:58 (UTC +04:00)
Şuşada keçirilən "Qlobal Media Forumu" öz işini başa çatdırıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada keçirilən "Qlobal Media Forumu" öz işini başa çatdırıb.

Trend-in məlumatına görə, MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə bildirib ki, bu gün II Şuşa Qlobal Media Forumu işini yekunlaşdırdı.

"Forumun əsas mövzusu dezinformasiyaya qarşı mübarizə idi. Bu forumu keçirməkdə məqsədimiz həm yerli, həm də beynəlxalq media ictimaiyyətinin diqqətini bu sahədə görülə biləcək tədbirlərə cəlb etməkdən ibarətdir. Forumun I günündə Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü Azərbaycanda media sahəsinə göstərilən diqqətin təzahürüdür.

Forum çərçivəsində keçirilən panel sessiyada dezinformasiyaya qarşı mübarizə, eləcə də feyk-xəbərlərin yayılması ilə bağlı məsələr həm yerli, həm də beynəlxalq ekspertlərin diqqət mərkəzində oldu. Onların ümumi fikirləri bundan ibarət idi ki, dezinformasiya ilə mübarizə üçün beynəlxalq platforma yaradılmalıdır", o əlavə edib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti