Bakı. Trend:
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədi Afət Həsənovanın Suraxanı rayonu, Əmircan qəsəbəsinin Səməd Mənsur adına Mədəniyyət evində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov parlament seçkilərinin önəmini vurğulayıb, partiyamızın seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə getdiyini bildirib.
Deputatlığa namizəd Afət Həsənova isə əvvəlcə YAP-ın seçki
platforması haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb
ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün
ərazilərində keçiriləcək. Afət Həsənova çıxışında seçiciləri
parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edən Əməkdar artist Ağalar Bayramov və qəsəbə
sakinləri namizədə uğurlar arzulayıb, həmçinin təklif və
müraciətlərini səsləndiriblər.