...

Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb

Siyasət Materials 26 Sentyabr 2024 16:22 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı və 44 gün davam edən Vətən Müharibəsinin dördüncü ildönümünü və 27 Sentyabr - Şəhidlərin Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"İki dövlət, bir millət” şüarı ilə birləşdiyimiz azərbaycanlı qardaşlarımızın 20 sentyabr - Suverenlik Gününü bir daha təbrik edirik", - deyə əlavə edilib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti