...

Rusiyada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş nəzərdə tutulmayıb - RƏSMİ

Siyasət Materials 7 Oktyabr 2024 12:45 (UTC +04:00)
Rusiyada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş nəzərdə tutulmayıb - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, 6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti