...

Gəncəyə raket hücumları erməni barbarlığının və vandalizminin təzahürü idi - Deputat

Siyasət Materials 17 Oktyabr 2024 14:11 (UTC +04:00)
Gəncəyə raket hücumları erməni barbarlığının və vandalizminin təzahürü idi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində erməni terroruna ən çox məruz qalan şəhərlərimizdən biri Gəncə oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan, sivil, cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhəri erməni terrorundan ciddi ziyan gördü.

“Humuanitar atəşkəs elan olunmasına baxmayaraq, Gəncə şəhəri 5 dəfə erməni terroruna məruz qaldı. Təcavüzkar Ermənistan tərəfi atəşkəs rejimini kobud şəkildə pozmaqda, həm cəbhə xətti boyunca, həm də mülki əhalini və infrastrukturu raket atəşinə tutdu.

Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi. Ardınca isə 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə təcavüzkar ermənilər tərəfindən raket hücumlarına məruz qaldı. Bu azğın terror hücumları nəticəsində 27 nəfər mülki günahsız vətəndaşımız həyatını itirdi, 125 nəfər isə yaralandı. Mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da var idi. Bu hücum erməni barbarlığının və vandalizminin təzahürü idi”, - deyə A.Həsənova qeyd edib.

Deputat bildirib ki, Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir.

“Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, yatan uşağın üstünə raket atsın. Bu, dünyada misli görünməyən bir vəhşilikdir, barbarlıqdır. Bu vəhşiliyi anlamaq belə mümkün deyil”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Vətən müharibəsi ərzində Gəncə, Bərdə, Tərtər və digər şəhər və qəsəbələrimiz erməni terrorçuları tərəfindən raket atəşlərinə məruz qaldı.

“Məhz ermənilərin bu terror əməlləri nəticəsində mülki insanlar arasında itkilərimiz oldu. Döyüş meydanında qüdrətli ordumuz qarşısında tab gətirə bilməyən düşmən mülki əhalini atəşə tutmaqla Azərbaycanı dayandırmağa, insanlar arasında qorxu yaratmağa çalışırdı. Lakin hər kəsə məlumdr ki, ermənilərin bu çirkin əməlləri xalqımızı qorxutmadı, əksinə mübarizə ruhunu, qələbə əzmini daha da gücləndirdi.

Lakin Ermənistandan fərqli olaraq Azərbaycan ləyaqətli döyüş apardı, heç bir mülki obyekti hədəfə almadı, düşmənə yalnız döyüş meydanında cavab verdi”, - deyə deputat bildirib.

Xəbər lenti

Xəbər lenti